Yuxarı

Ruhani: "Tehran Moskvanın Suriyadaki hər addımını müsbət qarşılamalı deyil"

İran prezidenti Suriyadaki vəziyyəti şərh edib

Bakı. 6 mart. REPORT.AZ/ "Rusiya ilə İran arasındaki əməkdaşlıq o, demək deyil ki, Tehran Moskvanın Suriyadaki bütün addımlarını dəstəkləyir".

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu bu gün İran prezidenti Həsən Ruhani ölkədə akkreditasiya olunmuş xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

İran prezidenti qeyd edib ki, Tehran-Moskva münasibətləri hazırda yaxşı səviyyədədir və inkişaf edir, lakin rəsmi Tehran rusların Suriyadaki hər bir addımını müsbət qarşılamalı deyil.

Bununla belə, Ruhani qeyd edib ki, son razılaşmalar Suriya xalqının normal həyata qayıdması üçün bünövrə yarada bilər.

Xatırladaq ki, ABŞ və Rusiyanın arasında əldə edilən razılağa əsasən, fevralın 27-si Suriyada atəşkəs rejimi Bakı vaxtı ilə saat 02:00-da qüvvəyə minib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi