Ruhani Səudiyyə Ərəbistanını Yəmən və Suriyada terrorçuları dəstəkləməkdə ittiham edib

Ruhani Səudiyyə Ərəbistanını Yəmən və Suriyada terrorçuları dəstəkləməkdə ittiham edib "Bunlar Tehranla Ər-Riyad arasında əlaqələrin yaxşılaşdırılması üçün əsas maneədir"
Region
29 Avqust , 2017 23:53
Ruhani Səudiyyə Ərəbistanını Yəmən və Suriyada terrorçuları dəstəkləməkdə ittiham edib

Bakı. 29 avqust. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani bildirib ki, Səudiyyə Ərəbistanı Yəmən və Suriyada terrorçulara dəstəyini dayandırmalıdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Səudiyyə Ərəbistanının Yəmənə müdaxilə etməsi və onun Suriya və Yəməndə terrorçuları dəstəkləməsi Tehranla Ər-Riyad arasında əlaqələrin yaxşılaşdırılması üçün əsas maneədir. Səudiyyə Ərəbistanı terrorçuları dəstəkləməyə son qoymalıdır", - deyə agentlik Ruhaninin televiziya müsahibəsi zamanı verdiyi bəyanatını sitat gətirib.

Son xəbərlər

Orphus sistemi