​Ruhani: "Neftin ucuz olması iqtisadiyyatın ondan asılılığını azaltmaq üçün ən yaxşı əsasıdır"

​Ruhani: "Neftin ucuz olması iqtisadiyyatın ondan asılılığını azaltmaq üçün ən yaxşı əsasıdır" İran prezidenti tez bir zamanda ölkədə hərtərəfli iqtisadi islahatlar aparmağa çağırıb
Region
17 Yanvar , 2016 13:55
​Ruhani: Neftin ucuz olması iqtisadiyyatın ondan asılılığını azaltmaq üçün ən yaxşı əsasıdır

Bakı. 17 yanvar. REPORT.AZ/ Atom proqramı üzrə saziş və ölkəyə qarşı qoyulan qadağaların aradan qaldırılması İran tarixində "qızıl səhifə" açdı.

"Report" xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Həsən Ruhani parlamentin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu hadisələr İran iqtisadiyyatı üçün dönüş nöqtəsidir.

Ruhani tez bir zamanda ölkədə hərtərəfli iqtisadi islahatlar aparmağa çağırıb. O bildirib ki, ölkənin rifahı neft hasilatından mümkün qədər az asılı olmalıdır. Ruhani qeyd edib ki, neftin qiymətinin aşağı olması belə bir asılılığın aradan qaldırılması üçün ən yaxşı əsasdır.

Son xəbərlər

Orphus sistemi