Yuxarı

Ruhani: "İran Xəzərdə olduğu kimi, Fars körfəzində də, xoşqonşuluq münasibətləri arzusundadır"

Ruhani: "İran Xəzərdə olduğu kimi, Fars körfəzində də, xoşqonşuluq münasibətləri arzusundadır"

541

Bakı. 26 sentyabr. REPORT.AZ/ Tehran Xəzəryanı dövlətlərlə olduğu kimi, Fars körfəzi ölkələri ilə də yaxşı münasibətlərdə olmaq arzusundadır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani çərşənbə axşamı BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, qonşularla münasibətləri inkişaf etdirmək, daha təhlükəsiz və daha inkişaf etmiş regionun yaradılması İranın xarici siyasətində əsas prioritetlər sırasına daxildir. Prezident bu xüsusda bir neçə həftə əvvəl İran və digər dörd Xəzəryanı dövlətin Xəzər dənizinin hüquqi statusu barədə konvensiyaya imza atdığını xatırladıb.

"Əminəm ki, bu tarixi addım xoşqonşuluq münasibətlərini möhkəmləndirəcək və bütün sahilyanı dövlətlərin inkişafına səbəb olacaq. Biz Fars körfəzindəki cənub qonşularımız ilə də eyni münasibətləri arzulayırıq", - deyə Ruhani bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi