Ruhani: "ABŞ-ın İrana nə etməli olduğunu diqtə etmək hüququ yoxdur"

Ruhani: "ABŞ-ın İrana nə etməli olduğunu diqtə etmək hüququ yoxdur" Bakı. 21 may. REPORT.AZ/ ABŞ-ın İrana və bütün dünyaya nə etmələri lazım olduğunu söyləmək hüququ yoxdur.
Region
21 May , 2018 22:07
Ruhani: ABŞ-ın İrana nə etməli olduğunu diqtə etmək hüququ yoxdur

Bakı. 21 may. REPORT.AZ/ ABŞ-ın İrana və bütün dünyaya nə etmələri lazım olduğunu söyləmək hüququ yoxdur.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar ertəsi İran prezidenti Həsən Ruhani ölkənin professor heyəti və həkimləri qarşısında mühazirə ilə çıxışı zamanı deyib.

"Bu gün dünya Amerikanın müstəqil və suveren dövlətlərin adından onun yerinə qərar qəbul etməsi ilə artıq razılaşa bilmir. ABŞ hökuməti 15 il əvvələ – kiçik Corc Buşun 2003-cü il bəyanatları dövrünə qayıdıb. Lakin bu gün biz Amerikanın bütün dünyanın taleyini müəyyən etməsi və öz yanaşmasını dünyanın qəti olaraq rədd etdiyi güc yolu ilə qəbul etdirməsi ilə razılaşa bilmərik", - deyə İranın "Mehr" agentliyi onun sözlərini sitat gətirib.

İran prezidenti ABŞ-ın dövlət katibi Mayk Pompeoya müraciət edərək İran xalqının ABŞ-ın yalanlarından doyduğunu bildirib:

"Dünən casus mərkəzində həkim işləyən adam, indi gəlib ABŞ-ın dövlət katibidir və ölkələrin taleyini həll etmək istəyir. Sən kimsən ki, İran və digər ölkələrlə danışıqlar aparırsan? Sizin bəyanatların dövrü başa çatdı artıq. İran xalqı sizin yalanlarınızdan doyudu və heç vaxt da onları qəbul etməyib".

Son xəbərlər

Orphus sistemi