​"Rosturizm" Türkiyəyə turların satışını dayandırmağı tövsiyə edib

​"Rosturizm" Türkiyəyə turların satışını dayandırmağı tövsiyə edib "Türkiyədə Rusiya vətəndaşlarının qorunmasını çətinləşdirən vəziyyət yaranıb"
Region
25 Noyabr , 2015 00:28
​Rosturizm Türkiyəyə turların satışını dayandırmağı tövsiyə edib

Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiyanın Federal Turizm Agentliyi ("Rosturizm") yerli turoperator və turizm agentliklərinə Türkiyəyə turizm məhsullarının satışı və reklamı, həmçinin ayrıca turizm xidmətlərinin göstərilməsini dayandırmağı tövsiyə edib.

"Report" xəbər verir ki, bu barədə idarənin məlumatında bildirilib.

"Türkiyədə Rusiya vətəndaşlarının qorunmasının təşkil edilməsi və onlara Rusiya tərəfindən himayədarlıq edilməsini ciddi şəkildə çətinləşdirən vəziyyət yaranıb. Bu amillər turistlərin təhlükəsizliyinə təhlükə kimi qiymətləndirilir", — deyə məlumatda bildirilib.

İdarə, həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyədə terrorçuluq təhlükəsinin olmasına dair bəyanatına əsaslanıb.

"Beləliklə, terror təhlükəsi olduğu şəraitdə rusiyalı turistlərin Türkiyəyə səyahətlərinin təşkili üzrə xidmət göstərilməsi, "Rosturizm"in fikrincə, Rusiya qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir və müqəssir kəslərə qarşı hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək. Bununla əlaqədar olaraq "Rosturizm" Rusiya turoperatorlarına, turizm agentliklərinə Türkiyəyə, eləcə də, üçüncü ölkə vasitəsi ilə turist məhsullarının reklamı və satışını, həmçinin ayrıca turist xidmətlərinin göstərilməsini dayandırmağı tövsiyə edir", — deyə idarənin məlumatında bildirilib.

Türkiyəyə tur satışının dayandırılmasına bu ölkə tərəfindən Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulması olub.

Son xəbərlər

Orphus sistemi