“Rossiya24” telekanalının müxbiri Tamara Nersesyan Ukraynadan qovulub

“Rossiya24” telekanalının müxbiri Tamara Nersesyan Ukraynadan qovulub Ukrayna Rusiyanın 115 müxbirinin akkreditasiyasını ləğv edib
Region
15 Avqust , 2017 14:12
“Rossiya24” telekanalının müxbiri Tamara Nersesyan Ukraynadan qovulub

Bakı. 15 avqust. REPORT.AZ/ Rusiya Dövlət Televiziya və Radio Şirkətinin (DTRŞ) xüsusi müxbiri Tamara Nersesyan Ukrayna ərazisindən qovulub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, onun qovulmasının səbəbi hələlik məlum deyil.

T.Nersesyan “Rossiya24” telekanalında işləyir.

Məlumata görə, 2015-ci ilin martından rəsmi Kiyev Rusiyanın 115 müxbirinin Ukrayna ərazisindəki fəaliyyəti ilə bağlı akkreditasiyasını ləğv edib. Bundan başqa, Rusiyanın əsas telekanallarının Ukraynada yayımı qadağan olunub. 

Son xəbərlər

Orphus sistemi