"Rosneft" gələn ildən Türkiyəyə dizel yanacağı tədarükünə başlayacaq

"Rosneft" gələn ildən Türkiyəyə dizel yanacağı tədarükünə başlayacaq Müqavilə ildə 550 min ton dizel ixracını nəzərdə tutur
Region
12 Dekabr , 2016 01:42
Rosneft gələn ildən Türkiyəyə dizel yanacağı tədarükünə başlayacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın iri neft şirkəti "Rosneft" 2017-ci ilin yanvarından ildə 550 min ton olmaqla Türkiyəyə dizel yanacağı tədarükünə başlayacaq.

"Report" xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumata görə, "Rosneft" (Petrocas Energy group) və "Demiroren Group Companies" şirkətlər qrupu (Total Oil Trkiye A.) Türkiyəyə dizel yanacağının tədarükünə dair müqavilə imzalayıb. "Demiroren" aldığı məhsulu Türkiyədəki şəxsi yanacaqdoldurma məntəqələrində satmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi