Yuxarı

Robert Koçaryan Almaniyaya gedəcək

Robert Koçaryan Almaniyaya gedəcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ Ermənistanın keçmiş prezidenti Robert Koçaryan müalicə olunmaq üçün Almaniyaya gedəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Aram Orbelyan bildirib.

Aram Orbelyanın sözlərinə görə, Koçaryanın ölkədən çıxması məsələsində texniki problem var: “O, hazırda Ermənistandadır. Robert Koçaryanın ölkəni tərk etməsi məsələsində şübhəli məqamlar var və onu araşdırırıq. İstintaq orqanı şifahi olaraq, belə bir məhdudiyyətin olmadığını bildirir, ancaq bu məhdudiyyət qalmaqdadır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi