Yuxarı
    Bağlamaq

    ​RF Şurasının sədri: "Rusiya AŞPA-nın diskriminasiyasına məruz qalmağa layiq deyil"

    AŞPA Rusiyanın nümayəndə heyətinə qarşı qəbul etdiyi əvvəlki qərarı ilə özünü küncə sıxışdırıb

    Bakı. 26 iyun. REPORT.AZ/ "Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) diskriminasiyasına məruz qalmağa layiq deyil və yalnız bərabər şərtlər daxilində əməkdaşlığa hazırdır".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

    "AŞPA Rusiyanın nümayəndə heyətinə qarşı qəbul etdiyi əvvəlki qeyri-parlamentar, ayrı-seçkilik kimi qərarı ilə özünü küncə sıxışdırb", - V.Matvienko vurğulayıb.

    Qeyd edək ki, iyunun 24-də AŞPA-nın sessiyasında Rusiyanın nümayəndə heyətinə qarşı əvvəllər tətbiq edilən sanksiyanın qüvvədə qalması haqda qərar qəbul edilib. Sanksiyaya əsasən, rusiyalı deputatlar AŞPA toplantısında səsvermə hüququndan məhrum olunub, habelə, qurumun rəsmi orqanlarının iclasında iştirak və monitorinq fəaliyyəti yasaqlanıb.

    AŞPA-nın sədri Ann Brasser isə bildirib ki, Rusiya nümayəndə heyətinin səlahiyyəti haqda məsələ 2016-cı ilin yanvarında müzakirə ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi