​Rusiya prezidetinin səlahiyyətli nümayəndəsi: "Dağıstana silahlıların axını davam edir"

​Rusiya prezidetinin səlahiyyətli nümayəndəsi: "Dağıstana silahlıların axını davam edir" Yerli hüquq-mühafizə orqanları silahlıların və himayədarlarının axtarışı ilə bağlı əməliyyatları davam etdirirlər
Region
30 Yanvar , 2016 18:01
​Rusiya prezidetinin səlahiyyətli nümayəndəsi: Dağıstana silahlıların axını davam edir

Bakı. 30 yanvar. REPORT.AZ/ "Xairici ölkələrdən Dağıstana silahlılarla axın edir".

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Sergey Melikov bildirib.

"Güc strukturları əhali arasında itkini azaltmaq üçün nöqtəvi əməliyyatlar keçirirlər. Təəssüf ki, Dağıstanda hələ də silahlıların sıralarının yenilənməsi davam edir. Onların sıralarına xairic ölkələrdən gələnlərdə qoşulurlar", - deyə səlahiyətli nümayəndə vurğulayıb.

Məlumata görə, yerli hüquq-mühafizə orqanları silahlıların və himayədarlarının axtarışı ilə bağlı əməliyyatları davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi