Yuxarı
    Bağlamaq

    RF prezidentinin köməkçisi: "Xəzərin statusu haqqında konvensiya 2015-ci ildə imzalana bilər"

    Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasına xeyli irəliləyiş əldə olunub

    Bakı. 26 sentyabr. REPORT.AZ/ Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasında xeyli irəliləyiş əldə olunub. Konvensiyanın imzalanması 2015-ci ildə Qazaxıstanda keçiriləcək sammitdə baş tuta bilər. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

    "Sammitdən əvvəl ekspertlər tərəfindən intensiv və fəal iş aparılıb, buna görə də sammitin yekununda biz Xəzərə dair gələcək əməkdaşlıq üçün olduqca mühüm nəticələrə nail ola bilərik. Xəzərin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasında xeyli irəliləyiş əldə olunub. Əgər Həştərxanda iş uğurla başa çatsa, Qazaxıstanda keçiriləcək növbəti sammitdə konvensiyanın imzalanması üçün şərait yaranacaq"- deyə, Y.Uşakov bildirib. 

    O qeyd edib ki, Xəzər dənizinin hüquqi statusunun hazırlanması beş Xəzəryanı ölkələrin qarşısında duran əsas məsələdir. 

    Xəzəryanı dövlətlərin dördüncü sammiti sentyabr ayının 29-da Rusiyanın Həştərxan şəhərində keçiriləcək. Beş ölkə - Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya arasında keçiriləcək görüşün əsas mövzusu Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi olacaq. Ölkələr 20 ildən artıqdır ki, dəniz şelfinin bölünməsi ilə bağlı danışıqlar aparır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi