Rəy sorğusu: Türkiyədə respondentlərin 57 faizi yeni konstitusiyanın lehinə səs verəcək

Rəy sorğusu: Türkiyədə respondentlərin 57 faizi yeni konstitusiyanın lehinə səs verəcək Ölkənin şərqində və cənub-şərqində respondentlərin 60 faizi konstitusya dəyişikliklərinin lehinə səs verəcəklərini bildiriblər
Region
2 Mart , 2017 11:09
Rəy sorğusu: Türkiyədə respondentlərin 57 faizi yeni konstitusiyanın lehinə səs verəcək

Bakı. 2 mart. REPORT.AZ/ Türkiyədə keçirilən rəy sorğusunun nəticələrinə görə, respondentlərin 57 faizi konstitusiyaya əlavə və dəyişikliklərin lehinə səs verəcək və referendumda yeni idarəetmə sistemini dəstəkləyəcək. 

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyası seçicilərin məsələyə münsaibətinin öyrənmək məqsədi ilə hər həftə rəy sorğusu keçirir.

Partiyanın Mərkəzi İdarə Heyəti rəy sorğusunun nəticələrini bölgələr üzrə də açıqlayıb. İnformasiyaya əsasən, Türkiyənin şərqində və cənub-şərqində respondentlərin 60 faizi konstitusiyaya əlavə və dəyişikliklərinin lehinə səs verəcəklərini bildiriblər.

Ölkənin mərkəzi Anadolu bölgəsində bu rəqəm 70 faiz, Qara dəniz sahillərində yerləşən rayon və şəhərlərdə 60, Mərmərə və Ağdəniz bölgələrində isə 50 faizdir. 

Qeyd edək ki, aprelin 16-da Türkiyədə konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Yeni Əsas Qanuna görə, ölkə parlament üsul idarəsindən prezidentli respublika idarəetmə formasına keçəcək. 

Son xəbərlər

Orphus sistemi