Yuxarı

Rəy ​sorğusu: AKP-ni dəstəkləyənlərin sayı azalıb

Gezici Araşdıma Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisininə seçkilərə 41 gün qalmış açıqlanan ictimai rəy sorğusunun nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) dəstəkləyənlərin sayı azalıb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Gezici Araşdıma Mərkəzinin apardığı sorğuda iştirak edən vətəndaşların 39,3 faizi AKP-yə, 28,1 faizi Cümhuriyyət Xalq Partiyasına (CHP), 16,8 faizi Milliyyətçi Hərəkat Partiyasına (MHP), 13,5 faizi Xalqların Demokratik Partiyasına (HDP) səs verəcəklərini bildirib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinə seçki noyabrın 1-də keçiriləcək.

Məlumata görə, Türkiyədə keçirilən son üç seçkinin və Şimali Kipr Türk Respublikasındakı prezident seçkisinin nəticələri bu mərkəzin keçirdiyi sosioloji rəy sorğunun yekunlarına uyğun olub.

Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkisində AKP 258 (40,83 fazi), CHP 132 (25 faiz), MHP 80 (16,33 faiz), HDP 80 millət vəkili (13,16 faiz) yeri qazanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi