Rəsmi Yerevan: Ermənistanın KTMT-dən çıxmaq niyyəti yoxdur

Rəsmi Yerevan: Ermənistanın KTMT-dən çıxmaq niyyəti yoxdur Bakı. 1 dekabr. REPORT.AZ/ Ermənistan nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi vəzifəsinin icrasını davam etməyə hazırdır.
Region
1 Dekabr , 2018 12:49
Rəsmi Yerevan: Ermənistanın KTMT-dən çıxmaq niyyəti yoxdur
EADaily

Bakı. 1 dekabr. REPORT.AZ/ "Ermənistan nümayəndəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi vəzifəsinin icrasını davam etməyə hazırdır".

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan bildirib.

"Ermənistan KTMT-nin Baş katibi vəzifəsinin icrasını davam etməyə hazırdır. Yəni yeni nümayəndəni təyin etməklə...", - D.Tonoyan bildirib.

O, eyni zamanda vurğulayıb ki, Ermənistanın KTMT-dən çıxması üçün zəmin yoxdur.

Xatırladaq ki,  bir müddət əvvəl Yuri Xaçaturov KTMT-nin Baş katibi vəzifəsindən azad edilib, bu vəzifənin icrası onun müavini Valeri Semerikova həvalə edilib. Lakin rəsmi Yerevan təkid edir ki, Ermənistan rəhbər vəzifədə 2020-ci ilədək qalmalıdır.

Son xəbərlər

Orphus sistemi