Rəcəb Tayyib Ərdoğan: "Türkiyə vətəndaşlarının yarıdan çoxu ölüm hökmünü dəstəkləyir"

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə vətəndaşlarının yarıdan çoxu ölüm hökmünü dəstəkləyir" "Parlament bunun lehinə səs versə, heç kim buna mane ola bilməz"
Region
2 Avqust , 2016 15:37
Rəcəb Tayyib Ərdoğan: Türkiyə vətəndaşlarının yarıdan çoxu ölüm hökmünü dəstəkləyir

Bakı. 2 avqust. REPORT.AZ/ "Türkiyə vətəndaşlarının 57 faizi ölkədə ölüm hökmünün tətbiqinin tərəfdarıdır".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın "RaiNews24" telekanalına müsahibəsində deyib.

"Parlament bunun lehinə səs versə, heç kim buna mane ola bilməz", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker Türkiyənin ölüm hökmünü bərpa edəcəyi təqdirdə Avropa İttifaqının dərhal ölkənin Avropa blokuna qoşulması prosesini dayandırmalı olacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi