Rəcəb Tayyib Ərdoğan: "Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir"

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir" "Bu körpü dünyada bir çox filmlərə səhnə olacaq və biz bununla fəxr edəcəyik"
Region
26 Avqust , 2016 20:30
Rəcəb Tayyib Ərdoğan: Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir

Bakı. 26 avqust. REPORT.AZ/ "Bu millət nəyə layiqdirsə, onların hamısı olacaq. Çünki müasir mədəniyyətlər səviyyəsinin üstünə çıxmaq sözlə olmur, konkret işlə olur."

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılışı mərasimində deyib.

Onun sözlərinə görə, bu körpü həm təkərli, həm də relsli sistemin birlikdə təmin olunması baxımından öz sahəsində dünyada qabaqcıl bir körpüdür. Hazırda iftixarla gördüyümüz bu körpü, inşallah dünyada bir çox filmlərə səhnə olacaq və biz bununla fəxr edəcəyik. 

R.T.Ərdoğan İstanbul kanalının çəkilişinin başa çatmaq üzrə olduğunu söyləyib: "İndi Çanaqqala körpüsünün də hazırlıqlarını aparırıq. İnşallah bütün bunlarla birlikdə dünyada Türkiyə fərqli bir mövqeyə çatacaq. Türkiyə hədəflərinə doğru addım-addım irəliləyir. İqtisadiyyatda bütün göstəricilər çətinliklərə baxmayaraq, müsbət istiqamətdə davam edir."

Son xəbərlər

Orphus sistemi