Yuxarı

​Rəcəb Tayyib Ərdoğan: "Törədilən terrorun bir ucunun xaricdə olduğu istisna deyil"

Türkiyə prezidenti: Tutulanların sayı 14-dən çox olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ "Zəncir sökülməyə başlayıb. 14 nəfər tutulub. Mənim qənaətimə görə, onların sayı 14-dən çoxdur. Çünki bu cinayətin bir ucunun xaricdə olduğu istisna deyil".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənın prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 17-də Ankarada törədilən terrorla bağlı Silahlı Qüvvələrin Baş Qərargahındakı çıxışında bildirib.

"Son zamanlar Türkiyədə keçirdiyimiz antiterror əməliyyatları nəticəsini verməkdədir.

"İstər PKK, istərsə də "PYD" (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") bu terrorda əlaqələrinin olmadığını söyləsələr də, Daxili İşlər Nazirliyi və təhlükəsizlik orqanlarının əldə etdiyi məlumatlara əsasən, cinayəti onların törətdiyi aşkarlanıb", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən terror nəticəsində 28 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi