Rəcəb Tayyib Ərdoğan qətlə yetirlən Rusiya səfiri ilə bağlı xatirələrini bölüşüb

Rəcəb Tayyib Ərdoğan qətlə yetirlən Rusiya səfiri ilə bağlı xatirələrini bölüşüb Türkiyə prezidenti: “Andrey Karlov bəyəndiyim dost diplomatlardan biri idi”
Region
20 Dekabr , 2016 17:13
Rəcəb Tayyib Ərdoğan qətlə yetirlən Rusiya səfiri ilə bağlı xatirələrini bölüşüb

Bakı. 20 dekabr. REPORT.AZ/ “Andrey Karlov bəyəndiyim dost diplomatlardan biri idi”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Avrasya tüneli”nin açılış mərasimindəki çıxışında deyib.

R.T.Ərdoğan qeyd edib ki, qətlə yetirilən səfirlə sonuncu görüşü bir həftə əvvəl olub: "Bir həftə əvvəl Rusiyanın Tatarıstan Respublikasının prezidenti ilə yanıma gəlmişdi. Birlikdə müzakirələr aparmışdıq. Çox səmimi bir insan idi. Dünən axşam uğradığı sui-qəsd çox üzüntülüdür. Şəxsən öz adımdan və millətim adından bu terroru şiddətlə və qətiyyətlə qınayıram”.

Son xəbərlər

Orphus sistemi