Yuxarı
    Bağlamaq

    Rəcəb Tayyib Ərdoğan: "Ermənilər Dağlıq Qarabağda vəhşiliklər törədiblər"

    Türkiyə prezidenti: Bu vəhşiliklərə məruz qalanlar bu gün də yaşayırlar və həqiqətləri onlardan eşitmək mümkündür

    Bakı. 4 iyun. REPORT.AZ/ "Almaniya Bundestaqının qəbul etdiyi qətnamənin ermənilərlə heç bir bağlılığı yoxdur. Onlardan sadəcə alət kimi istifadə olunub".

    "Report"un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli sahibkarların konfransında deyib.

    O bildirib ki, erməni məsələsi Türkiyəyə qarşı istifadə edilmək üçün çox əlverişli alətə çevrilib. "Kipr yunanların ın törətdiyi qətliamların şahidləri hələ də yaşayırlar. Ermənilər Dağlıq Qarabağda vəhşiliklər törədiblər. Bu vəhşiliklərə məruz qalanlar bu gün də yaşayırlar və həqiqətləri onlardan eşitmək mümkündür".

    R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə "erməni soyqırım"ı ittihamlarını qətiyyən qəbul etmir və etməyəcək: "Amma Türkiyə bu məsələdə tarixçilərin apardıqları araşdırmaların nəticələrini qəbul etməyə hazırdır. Bəs, Ermənistan və bəzi digər ölkələr bu nəticələri qəbul etməyə hazırdırmı?"

    Prezident qeyd edib ki, hazırda Türkiyədə minlərlə erməni yaşayır: "Biz həmçinin 3 milyon qaçqına sığınacaq vermişik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi