Yuxarı
    Bağlamaq

    Rəcəb Tayyib Ərdoğan: "Afrika ölkələri FETÖ-yə qarşı diqqətli olmalıdırlar"

    Türkiyə prezidenti: Biz bundan sonra da Afrika ölkələrinin bu təşkilatdan təmizlənməsi üçün əlimizdən gələn dəstəyi verəcəyik

    İstanbul. 2 noyabr. REPORT.AZ/ "Afrika qitəsi ölkələri Fətullahçı Terror Təşkilatına qarşı diqqətli olmalıdırlar. Biz bu qardaşlarımızı oyanmağa çağırırıq".

    "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İstanbulda keçirilən Afrika-Türkiyə iqtisadi və iş formunda bildirib.

    Türkiyə prezidenti vurğulayıb ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) 170 ölkədə fəalliyət göstərdiyini açıqlayıb: "Bu ölkələrdən xeyli hissəsi Afrikadadır. Möhkəm olun və bu təşkilata qapılarınızı bağlayın. FETÖ ilə mübarizə hər birimizin ortaq mücadələsidir. Afrikalı qardaşlarımızın bizə dəstəyini 15 iyul tarixində də gördük. Biz bundan sonra sizin ölkələrinizin bu təşkilatdan təmizlənməsi üçün əlimizdən gələn dəstəyi verəcəyik".

    R.T.Ərdoğan Türkiyədə yeni qurulan maarif dərnəklərindən də danışıb: "Türkiyədə Marif Vəqfi quruldu. Biz bu təşkilatın xarici ölkələrdə türk məktəbləri adı ilə açıldıqları məktəbləri, həmin ölkələrin təhsil nazirlikləri vasitəsilə dövlətin adına keçirdik. Hədəfimizdə Afrika ölkələrində Türkiyənin səfirliklərinin sayını daha da artırmaq var. İnşallah, bu hədəfimizə çatacağıq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi