Yuxarı

​Ramzan Kadırov Qafqazı Türkiyədə istirahətə alternativ adlandırıb

Bu barədə o Instagram səhifəsində yazıb

Bakı. 14 aprel. REPORT.AZ/ Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, Qafqaz və Ukraynanın Krım regionu əvvəllər Türkiyə, Tunis və digər ölkələrə istirahətə gedən rusiyalı turistlər üçün alternativ variant ola bilər.

"Report" xəbər verir ki, bu barədə o "Instagram" səhifəsində yazıb.

"Vladimir Putin əmindir ki, Türkiyə rəhbərliyi turistlərin təhlükəsizliyini təmin etməyə cəhd göstərəcək, belə ki, bu, büdcəyə böyük gəlir mənbəyidir, lakin turistlərin həyatı üçün heç bir zəmanət yoxdur. O çimərliyində turistlər güllələnən Tunisi buna misal gətirib. Əlbəttə istirahət üçün alternativ var. Bu ilk növbədə bizim Qafqaz və Krımdır", — deyə Kadırov yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi