Ramsər şəhərinin meri: "Azərbaycan sərmayəçilərin dəvət edirik"

Ramsər şəhərinin meri: "Azərbaycan sərmayəçilərin dəvət edirik" Bunu Mazəndəran vilayətinin Ramsər şəhərinin meri Hüseyn Süruri deyib
Region
12 Aprel , 2015 09:49
Ramsər şəhərinin meri: Azərbaycan sərmayəçilərin dəvət edirik

Ramsər. 12 aprel. REPORT. AZ/ Biz Azərbaycan sərmayəçilərin Ramazan iqtisadiyyatına sərmayə qoymağa dəvət edirik.

Report-un məlumatına görə, bunu İranda səfərdə olan Azərbaycan jurnalistlərinə Mazəndəran vilayətinin Ramsər şəhərinin meri Hüseyn Süruri deyib.

Onun sözlərinə görə, Azərbaycan və İranı çox qədim mədəni və tarixi kökləri bağlayır və bu bağlılıq iki ölkə arasında əlaqələrə müstəsna rol oynaya bilərb: "Biz Rəmsara sərmayə qoyan iş adamlarına hər cür şərait yaratmağa hazırıq. Onların torpaq sahəsinin ayrılması və sərmayə qoyuluşunun sığortalanmasına təmin edə bilərik".

Mer deyib ki, şəhər administrasiyası gəmiçilik və dəniz limanına sərmayə yatıranlara da şərait yaratmağa hazırdır.

Iqtisadi əlaqələrə toxunan mer deyib ki, hazırda Ramsərdə istehsal olunan sitrus meyvələri dünya ölkələri ilə yanaşı, Azərbaycana da ixrac olunur: "Bu əlaqələri genişləndirmək üçün yaxşı imkanlar var və biz Azərbaycan iş adamlarını buraya dəvət edirik".

Son xəbərlər

Orphus sistemi