​Rəbiyə Kader: "Sırf dini ayinlərə əməl etdikləri üçün uyğur kəndliləri öldürülür"

​Rəbiyə Kader: "Sırf dini ayinlərə əməl etdikləri üçün uyğur kəndliləri öldürülür" Dünya Uyğur Konqresinin başçısı "G7"nin liderlərinə müraciət edib
Region
26 May , 2016 19:50
​Rəbiyə Kader: Sırf dini ayinlərə əməl etdikləri üçün uyğur kəndliləri öldürülür

Bakı. 26 may. REPORT.AZ/ "Çin hakimiyyəti və etnik haanlar sülhsevər uyğur cəmiyyətini məhv edir. Uyğurları öldürür, onlara müsəlman olduqları üçün təzyiqlər edirlər. Sırf dini ayinlərə əməl etdikləri üçün uyğur kəndliləri öldürülür".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Dünya Uyğur Konqresinin lideri Rəbiyə Kader "Böyük yeddiliyin" ("G7") liderlərinə Yaponiyanın Tokio şəhərində keçirdiyi məbuat konfransında müraciətində vurğulayıb.

"G7" sammitinin müzakirə etdiyi əsas mövzu terorçuluğa qarşı mübarizə və miqrantlarla bağlı məsələdir. Dünya uyğur qaçqınları ilə bağlı üzərinə götürdüyü məsuliyyəti yerinə yetirməyə məcbudur. Uyğurların üzləşdiyi vəziyyətin "G7" liderlərinin sammitinin gündəliyinə gələcəyinə ümid edirəm", - deyə Rəbiyə Kader bildirib.

Xatırladaq ki, Yaponiyada "Böyük yeddilik" ("G7") ölkələri liderlərinin 42-ci ənənəvi illik toplantısı keçirilir. 

Son xəbərlər

Orphus sistemi