Yuxarı

Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib

Mərasimdə Türkiyənin dövlət himni səslənib

Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin Böyük Millət Məclisində (parlamentdə) bu ölkənin yeni seçilmiş 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.

Report yerli KİV-ə istinadən xəbər verir ki, inaqurasiya zamanı R.T.Ərdoğan millət və dövlət üçün sədaqət andı edib. Bundan sonra Türkiyənin dövlət himni səslənib. 

Qeyd edək ki, mərasimdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri iştirak edib. Tədbirdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə, eləcə də Yeni Azərbaycan hakim partiyasının üzvləri iştirak edib.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə baş nazir R.T.Ərdoğan seçicilərin 51,8% səsini toplayaraq, qalib gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi