Quraqlıq zamanı zərər çəkən fermerlərin dövlətdən aldıqları toxuma görə yaranan borcları silinəcək

Quraqlıq zamanı zərər çəkən fermerlərin dövlətdən aldıqları toxuma görə yaranan borcları silinəcək Ötən il respublikada ciddi quraqlıq olub və 4 rayon bundan zərər görüb
Region
30 Dekabr , 2014 01:30
Quraqlıq zamanı zərər çəkən fermerlərin dövlətdən aldıqları toxuma görə yaranan borcları silinəcək

Bakı. 30 dekabr. REPORT.AZ/ Ötən il baş verən quraqlıq zamanı respublikamızın 4 rayonunda zərər çəkən fermerlərin dövlətdən aldıqları toxuma görə yaranan borcları silinəcək.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, ötən il respublikada ciddi quraqlıq olub və 4 rayon bundan zərər görüb. Qobustan rayonunda demək olar ki, taxıl və toxum məhsulları olmayıb. Kombaynlar heç sahələrə belə çıxmayıb. Şamaxıda, Şəkidə də əhali quraqlıq səbəbi ilə zərər görüb. Qəbələdə isə bəzi sahələri dolu vurub və il ciddi zərərlə başa çatıb.

Heydər Əsədovun sözlərinə görə, həmin rayonlarda zərər çəkən, zərərin nəticəsi müvafiq aktlarla rəsmiləşdirilən və nazirliklə razılaşdırılaraq toxum borca götürən müəssisələrin borcları bu günlərdə silinəcək. Burada söhbət təxminən 3 milyon manata yaxın vəsaitdən gedir. Dövlət bu borcu öz üzərinə götürür. Yəqin ki, yaxın günlərdə ehtiyat fondundan vəsait ayrılaraq həmin borcların silinməsi həyata keçiriləcək. Bu, digər toxum alanlara aid deyil.

Son xəbərlər

Orphus sistemi