Qroznıda naməlum şəxslərin hücumu nəticəsində bir polis ölüb - YENİLƏNİB

Qroznıda naməlum şəxslərin hücumu nəticəsində bir polis ölüb - YENİLƏNİB Bakı. 20 avqust. REPORT.AZ/ Qroznıda naməlum şəxslərin hücumu nəticəsində bir polis ölüb.
Region
20 Avqust , 2018 15:45
Qroznıda naməlum şəxslərin hücumu nəticəsində bir polis ölüb - YENİLƏNİB
Саид Царнаев/ РИА Новости
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ Qroznıda naməlum şəxslərin hücumu nəticəsində bir polis ölüb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"Qroznıda səhər saatlarında Pervomayskaya və İsayev küçələrinin kəsişməsində atışma baş verib, polis əməkdaşlarına hücum olub, nəticədə bir polis ölüb", - mənbə deyib.


***15:34

Rusiyanın Çeçenistan Respublikasının Şali rayonunda bıçaqla silahlanmış iki naməlum şəxs polis bölməsinə soxulmağa çalışıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, respublikanın Daxili İşlər Nazirliyindən hücum nəticəsində iki polisin yaralandığı və cavab atəşi ilə cinayətkarların məhv edildiyi bildirilib.

Hadisə yerində əməliyyat qrupu işləyir.

Son xəbərlər

Orphus sistemi