Qroznıda azərbaycanlı fəalların iştirakı ilə Beynəlxalq Gənclər Forumu keçiriləcək

Qroznıda azərbaycanlı fəalların iştirakı ilə Beynəlxalq Gənclər Forumu keçiriləcək "Qafqazda həmrəylik" Forumu Avropa Şurası və RF hökuməti tərəfindən təşkil olunub
Region
15 Noyabr , 2014 10:41
Qroznıda azərbaycanlı fəalların iştirakı ilə Beynəlxalq Gənclər Forumu keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 16-20-də Qroznı şəhərində "Qafqazda həmrəylik" Beynəlxalq Gənclər Forumu keçiriləcək. "Report" Avropa Şurasının (AŞ) mətbuat xidmətinə istinadən xəbər  verir ki, tədbir AŞ və Rusiya hökuməti tərəfindən təşkil olunur.

Forumda Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Latviya, Polşa, Sloveniya və Çexiyadan 50-yə yaxın gənc fəal iştirak edəcək. 

Forum iştirakçıları sülh, mədəniyyətlərarası dialoq, dözümlülülk və nifrətin təbliğinə qarşı mübarizənin mökhəmləndirilməsi üzrə öz fəaliyyət təcrübələrini bölüşəcəklər.

Son xəbərlər

Orphus sistemi