Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib - FOTO

Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib - FOTO Ermənistanın Birləşmiş Milli Təşəbbüs partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edib.
Region
3 Dekabr , 2019 01:32
Aleksandr Qriboyedovun Yerevandakı abidəsi təhqir edilib - FOTO

Ermənistanın "Birləşmiş Milli Təşəbbüs" partiyasının sədri Şant Arutunyanın oğlu, millətçi kimi tanınan Şaqen Arutunyan Rusiya şairi və diplomatı Aleksandr Qriboyedovun Yerevandakı abidəsini təhqir edib.

"Report" xəbər verir ki, bu barədə Şaqen Arutunyan özünün "Facebook"dakı səhifəsində yazıb.

"Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim", - deyə o, sosial şəbəkədəki hesabında yazıb. Arutunyan üzərinə qırmızı rəng tökərək təhqir etdiyi abidənin fotosunu da "Facebook"da paylaşıb.

Ermənistanın aidiyyəti orqanları millətçi gəncin bu hərəkətinə hər hansı reaksiya verməyiblər. Onun bu hərəkətinə görə cəzalanıb-cəzalandırılmayacağı barədə məlumat verilmir. 

Xatırladaq ki, Şaqen Arutunyan 2014-cü ildə şərti olaraq 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi