​Qoşulmama Hərəkatına üzv dövlətlər İranla bağlı ABŞ-dan BMT-yə şikayət ediblər

​Qoşulmama Hərəkatına üzv dövlətlər İranla bağlı ABŞ-dan BMT-yə şikayət ediblər "ABŞ dövlətlərin immuniteti prinsipinə əməl etməlidir"
Region
6 May , 2016 14:01
​Qoşulmama Hərəkatına üzv dövlətlər İranla bağlı ABŞ-dan BMT-yə şikayət ediblər

Bakı. 6 may. REPORT.AZ/ Qoşulmama Hərəkatına üzv dövlətlər ABŞ-dan BMT-yə şikayət ediblər. 

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, BMT-yə ünvanlanan müraciəti İran da daxil olmaqla hərəkata üzv 120 dövlət imzalayıb.

Müraciətə imza atan dövlətlər BMT-dən İranın 2,65 milyard dollar həcmində maliyyə vəsaitinin terror qurbanlarının aillə üzvlərinə verilməsi haqda ABŞ Ali Məhkəməsinin qərarının ləğvinə təsir etməyə çağırıblar.

Müraciətdə bildirilib: "ABŞ dövlətlərin immuniteti prinsipinə əməl etməlidir. Kompensasiyanın ödənilməsi beynəlxalq münasibətlərdə xaos təhlükəsinin yaranmasına səbəb ola bilər".

BMT baş katibinin mətbuat katibi Stefan Dyujarrik Qoşulmama Hərəkatına üzv dövlətlərin məktubunu aldıqlarını və məsələni araşdırdıqlarını bildirib.

Qeyd edək ki, aprelin 21-də ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların amerikalı zərərçəkən ailələrə verilməsi haqda qərar qəbul edib. Ali Məhkəmənin qərarına əsasən, 2,65 milyard dollar ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

Xatırladaq ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub.

1979-cu il islam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

Son xəbərlər

Orphus sistemi