​Qırığızstan prezidenti: "Ankara Rusiyadan üzr istəməlidir"

​Qırığızstan prezidenti: "Ankara Rusiyadan üzr istəməlidir" Almazbek Atambekov: "Bu faciəli, səhv addım idi, türk və rus xalqları üçün fəlakət gətirdi"
Region
24 Dekabr , 2015 11:26
​Qırığızstan prezidenti: Ankara Rusiyadan üzr istəməlidir

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyənin Rusiyaya məxus "Su-24" təyyarəsini Suriyada vurması qərarı səhv addımdı, Ankara üzr istəməlidir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Qırğızıstanın prezidenti Almazbek Atambekov 2015-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

"Biz onda dərhal bildirdik ki, Türkiyə radikal addımlar atmaqdan çəkinməlidir. Bu faciəli, səhv addım idi, türk və rus xalqları üçün fəlakət gətirdi", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi