​Qırğızlar rusca soyad sonluğundan imtina edəcək

​Qırğızlar rusca soyad sonluğundan imtina edəcək Deputat ənənənvi ad və soyu bildirən iki komponentli sistemə qayıtmağın vacibliyini vurğulayıb
Region
6 Mart , 2015 11:13
​Qırğızlar rusca soyad sonluğundan imtina edəcək

Bakı. 6 mart. REPORT.AZ/ Qırğızlara soyadlarındakı rusca sonluqdan imtina etmək təklif olunub.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu təklifi Qırğızıstan parlamentindəki "Ar-Namıs" Fraksiyasının üzvü Nurkamil Madalıyev irəli sürüb.

Məlumata görə, o, qırğız soyadlarındakı "-ov", "-yev" sonluqlarından imtina haqda qanun layihəsi də hazırlayıb.

Deputat ənənənvi ad və soyu bildirən iki komponentli sistemə qayıtmağın vacibliyini vurğulayıb.

Parlament aparatından bildirilib ki, qırğız soyadlarının dəyişdirilməsi prinsipləri haqda qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.

Son xəbərlər

Orphus sistemi