​Qırğızıstanın keçmiş baş müftisi Qazaxstanda saxlanılıb

​Qırğızıstanın keçmiş baş müftisi Qazaxstanda saxlanılıb Rəhmətullah Egemberdiyev ölkəsində vergidən yayınmaqda ittiham olunur
Region
2 Aprel , 2015 13:29
​Qırğızıstanın keçmiş baş müftisi Qazaxstanda saxlanılıb

Bakı. 2 aprel. REPORT.AZ/ Qırğızıstanın keçmiş baş müftisi Rəhmətullah Egemberdiyev Cənubi Qazaxıstan vilayətində tutulub.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Sarıqaş rayon məhkəməsinin hakimi Berik Qailov bildirib.

Keçmiş baş müfti ölkəsində vergidən yayınmaqda ittiham olunur.

"O, siyasi səbəblərdən Qırğızıstanı tərk edərək, Qazaxıstana sığındığını deyib", - hakim vurğulayıb.

Məlumata əsasən, keçmiş baş müfti müvəqqəti təcridxanada saxlanılır. 

Son xəbərlər

Orphus sistemi