Yuxarı

​Dövlət sirrini xarici ölkələrə ötürdüyü üçün Qırğızıstanın keçmiş baş nazirinin oğluna 12 il iş kəsilib

O, Amangəldi Muraliyevin yeganə oğludur

Bakı. 18 may. REPORT.AZ/ Qırğız Respublikasının keçmiş baş naziri Amangəldi Muraliyevin oğlu Altınbek Muraliyevin dövlət sirrini xarici ölkələrin təşkilatına ötürdüyü üçün 12 il azadlıqdan məhrum edilib.

"Report" "24kg" agentliyinə istinadən xəbər verir ki, bu haqda Bişkek şəhəri Pervomay rayon məhkəməsindən bildirilib.

Məhkəmə Altınbek Muraliyevin əmlakının müsadirə edilməsi haqda da qərar çıxarıb.

Altınbek Muraliyev nazirlər Kabinetində beynəlxalq əməkdaşlıq bölməsinin müdiri işləyib. 2014-cü ildə ölkənin xüsusi xidmət orqanı tərəfindən tutulub.

O, Amangəldi Muraliyevin yeganə oğludur. Qeyd edək ki, Amangəldi Muraliyev 1999-2000-ci illərdə keçmiş prezident Əsgər Akayevin prezidentliyi dövründə baş nazir olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi