Qırğızıstanda toyda zəhərlənən 100 nəfər xəstəxanaya yerləşdirilib

Qırğızıstanda toyda zəhərlənən 100 nəfər xəstəxanaya yerləşdirilib Bakı. 2 aprel. REPORT.AZ/ Qırğızıstanda paytaxt Bişkekdə yerləşən restoranlardan birində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə nəticəsində 100 nəfər xəstəxanaya yerləşdirilib.
Region
2 Aprel , 2018 09:38
Qırğızıstanda toyda zəhərlənən 100 nəfər xəstəxanaya yerləşdirilib

Bakı. 2 aprel. REPORT.AZ/ Qırğızıstanda paytaxt Bişkekdə yerləşən restoranlardan birində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə nəticəsində 100 nəfər xəstəxanaya yerləşdirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, 89 nəfər Bişkekdəki infeksiya xəstəxanasına çatdırılıb, 11 nəfər isə İssık-Kul vilayətindəki infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.

Dövlət Sanitar Epidemioloji Nəzarət Mərkəzinin məlumatına görə, daha 50 nəfər zəhərlənmədən sonra ambulator müalicə alır. Aralarında 19 uşağın da olduğu zərərçəkənlərin sağlıq durumu qorxulu deyil.

Qırğızıstan Səhiyyə Nazirliyinin ilkin məlumatına görə, zəhərlənənlərin hamısı martın 31-də Bişkekdəki restoranlardan birində toy mərasimində iştirak edib.

Son xəbərlər

Orphus sistemi