Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub

Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub Deputat Azamat Arapbayev: "Uşaqlar 10-11 yaşından ingilis dilini öyrənsəydilər, indi Rusiyada yox, Avropada işləyərdilər"
Region
19 May , 2017 16:39
Qırğızıstanda ingilis dilini ikinci rəsmi dil etmək təklif olunub
Sputnik Кыргызстан

Bakı. 19 may. REPORT.AZ/ "Qırğızıstanda bir neçə il sonra ikinci dil rus dili yox, ingilis dili olmalıdır".

"Report" "Veçerniy Bişkek"ə istinadən xəbər verir ki, bunu Qırğızıstanın Sosial-Demokrat Partiyasının (QSDP) parlament fraksiyasının iclasında deputat Azamat Arapbayev deyib.

Deputat bildirib ki, Rusiyada Qırğızıstandan olan miqrantlar aşağı ixtisaslı işlərdə çalışırlar və bunun səbəbi ölkədə təhsilin keyfiyyətsiz olmasıdır.

"Uşaqlar 10-11 yaşından ingilis dilini öyrənsəydilər, indi Rusiyada yox, Avropada işləyərdilər. Qazancları da daha yüksək olardı. Buna görə də hökumət ingilis dilinin məktəblərdə 1-ci sinifdən tədris edilməsi məsələsini nəzərdən keçirməlidir", - deputat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi