Qırğızıstan Prezidenti Milli Dayanıqlı İnkişaf Strategiyası üzərində işləmək üçün məzuniyyət götürüb

Qırğızıstan Prezidenti Milli Dayanıqlı İnkişaf Strategiyası üzərində işləmək üçün məzuniyyət götürüb Almazbek Atambayevin səlahiyyət müddəti dekabrın 1-də başa çatır
Region
30 Oktyabr , 2017 11:40
Qırğızıstan Prezidenti Milli Dayanıqlı İnkişaf Strategiyası üzərində işləmək üçün məzuniyyət götürüb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Qırğızıstan Prezidenti Almazbek Atambayev 2040-ci ilə qədər Milli Dayanıqlı İnkişaf Strategiyasının yekun variantını işləyib hazırlamaq məqsədi ilə qısamüddətli məzuniyyətə götürüb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə prezidentinin mətbuat xidmətindən bildiriblər.

Qırğızıstanda Milli Dayanıqlı İnkişaf Strategiyası layihəsi bu ilin aprel ayından müzakirə edilir, strategiya bütün sahələrdə ölkənin inkişafının əsas prioritetlərini müəyyənləşdirir.

Qeyd edək ki, Qırğızıstan Prezidenti A.Atambayevin səlahiyyət müddəti dekabrın 1-də başa çatır, oktyabrın 15-də keçirilən seçkilərdə Sooronbay Jeenbekov yeni prezident seçilib. Lakin davam edən məhkəmə icraatı səbəbi ilə seçkilərin rəsmi nəticələri hələ elan olunmayıb.

Son xəbərlər

Orphus sistemi