​Qırğızıstan parlamenti yeni baş nazirin namizədliyini təsdiqləyib

​Qırğızıstan parlamenti yeni baş nazirin namizədliyini təsdiqləyib Ali qanunverici qurumun qərarına əsasən, keçmiş hökumət üzvlərinin hamısı öz vəzifələrində qalıb
Region
30 Aprel , 2015 18:27
​Qırğızıstan parlamenti yeni baş nazirin namizədliyini təsdiqləyib

Bakı. 30 aprel. REPORT.AZ/ Qırğızıstan parlamenti səs çoxluğu ilə Temir Sarıyevin baş nazir postuna namizədliyini təsdiqləyib.

"Report" "TASS"a istinadən xəbər verir ki, parlamentin iclasında iştirak edən 99 deputatın 97-si onun lehinə səs verib. Qırğızıstan prezidenti Almazbek Atambayev parlamentin qərarını təsdiqlədikdən sonra Temir Sarıyev baş nazir kimi vəzifəsinin icrasına başlayacaq.

Parlament yeni Nazirlər Kabinetinin də tərkibini təsdiqləyib. Ali qanunverici qurumun qərarına əsasən, keçmiş hökumət üzvlərinin hamısı öz vəzifələrində qalıb.

Xatırladaq ki, hazırda Temir Sarıyev baş nazir səlahiyyətlərini icra edir. 

Son xəbərlər

Orphus sistemi