Yuxarı

​Qırğızıstan PA-nın keçmiş rəhbərinin həbs müddəti uzadılıb

Daniyar Narımbayev bu ilin iyulun 22-də rüşvətxorluq və korrupsiyada şübhəli bilinərək, həbs edilib

Bakı. 12 avqust . REPORT.AZ/ Qırğızıstan Prezident Administrasiyasının (PA) keçmiş rəhbəri Daniyar Narımbayev barəsində çıxarılan həbs-qətimkan tədbirinin müddəti bu il sentyabrın 15-dək uzadılıb.

"Report" Qırğızıstan KİV-inə istindən xəbər verir ki, bu haqda ölkə Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məhkəmədən bildirilib ki, sabiq rəhbər sentyabrın 15-dək istintaq təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, Daniyar Narımbayev bu ilin iyulun 22-də rüşvətxorluq və korrupsiyada şübhəli bilinərək, həbs edilib. Həmin tarixdən etibarən o, tutduğu vəzifədən azad olunub.

Bir müddət öncə ölkənin Baş Prokurorluğu bildirmişdi ki, Qırğızıstan Prezident Administrasiyasının rəhbəri Daniyar Narımbayevin tapşırığı əsasında mühakimə olunan deputat Nariman Tüleyevin cinayət işinin gedişinə "müsbət təsir etmək üçün" qohumlarından pul verilməsi tələb edilib. Xəbərə görə, bunu istintaq zamanı həbsdə olan deputat Hacımurad Korkmazov bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi