Yuxarı

Qırğızıstan əhalisi konstitusiyaya dəyişikliklər edilməsinin lehinə səs verib

Qırğızıstan əhalisi konstitusiyaya dəyişikliklər edilməsinin lehinə səs verib
Seçicilərin təqribən 80%-i konstitusiyaya düzəlişləri dəstəkləyib

Bakı. 12 dekabr. REPORT.AZ/ Qırğızıstan vətəndaşları hökumətin səlahiyyətlərinin artırılmasını nəzərdə tutan konstitusiyaya dəyişikliklər edilməsinin lehinə səs verib.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən "Reuters" məlumat yayıb.

MSK-nın ilkin məlumatlarına əsasən, əksər bülletenlərin hesablanmasından sonra seçicilərin təqribən 80%-i prezident Almazbek Atambayevin müttəfiqləri tərəfindən təklif olunan konstitusiyaya düzəlişlər paketini dəstəkləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi