Qırğızda 4 müəllim və 100-ə yaxın məktəbli dəm qazından zəhərlənib

Qırğızda 4 müəllim və 100-ə yaxın məktəbli dəm qazından zəhərlənib Bakı. 28 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının şimalında yerləşən Keget kəndində yüzə yaxın məktəbli və 4 müəllim dəm qazından zəhərlənib.
Region
28 Dekabr , 2017 14:25
Qırğızda 4 müəllim və 100-ə yaxın məktəbli dəm qazından zəhərlənib

Bakı. 28 dekabr. REPORT.AZ/ Qırğız Respublikasının şimalında yerləşən Keget kəndində yüzə yaxın məktəbli və 4 müəllim dəm qazından zəhərlənib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

İnformasiyaya əsasən, Çuy vilayəti Kəget kəndində 7-8-ci sinif şagidrləri təhsil aldıqları məkətbin idman zalında diskoteka təşkil ediblər. Tədbir zamanı elektrik enerjisi kəsildiyindən generatorundan istifadə ediblər. Bu isə zalda dəm qazının yaranmasına səbəb olub. Zəhərlənən məktəblilərdən 6-sının vəziyəti ağırdır. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Çuy Ərazi xəstəxanasının direktoru Nurbek Abdraxmanov bildirib, hospitala 4-ü müəllim olmaqla 75 nəfər gətirilib. 

Son xəbərlər

Orphus sistemi