Qırğız Respublikasının prezidenti: “Rusiyanın hərbi bazası ölkəmizdən çıxarılmalıdır”

Qırğız Respublikasının prezidenti: “Rusiyanın hərbi bazası ölkəmizdən çıxarılmalıdır” Almazbek Atambayev: “Mən bunu Rusiya prezidenti Vladimir Putinə də çatdırmışam”
Region
1 Dekabr , 2016 11:56
Qırğız Respublikasının prezidenti: “Rusiyanın hərbi bazası ölkəmizdən çıxarılmalıdır”

Bakı. 1 dekabr. REPORT.AZ/ ”Müqavilə müddəti başa çatdıqdan sonra Rusiya hərbçiləri Qırğız Respublikasından getməlidir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qırğız Respublikasının prezidenti Almazbek Atambayev dekbarın 1-də ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

“Fikrimcə, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, “Qansi” bazasında (ölkə paytaxtındakı ABŞ-ın aviabazası Atambayevin qərarı ilə beynəlxaql hava limanı olub – “Report”) bütün işləri düz etmişik. Həmin qərardan 5 il ötüb. Zaman bizim düz etdiyimizi təsdiqlədi. Qırğız Respublikası gələcəkdə də öz qüvvələrinə arxalanmalıdır", - deyə A.Atambaeyv vurğulayıb

O qeyd edib ki, ölkəsindəki hərbi bazanın çıxarılması məsələsini Rusiya prezidenti Vladimir Putinin də diqqətinə çatdırıb: "Mən bunu Rusiya prezidenti Vladimir Putinə də çatdırmışam”.

Qeyd edək ki, Qrığız Respublikası ərazisində Rusiyanın 4 hərbi obyekti var. 2009-cu ildə həmin bazaların ölkə ərazisində fəaliyyət müddəti 49 ilə qədər uzadılıb. Bununla belə həmin razılaşmanın gələcəkdə avtomatik olaraq, daha 25 müddətinə uzadılması da mümkündür. 

Son xəbərlər

Orphus sistemi