Bakı. 7 mart. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Ermənstanın baş naziri Karen Karapetyanı qəbul edib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
İnformasiyaya əsasən, martın 7-də Bişkekdə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçılarının toplantısı keçirilir. Həmin iclasda Rusiyanın baş naziri Dmitri Medvedev də iştirak edir.