​Qırğız Respublikasının baş naziri istefa verib

​Qırğız Respublikasının baş naziri istefa verib Temir Sarıyev: "Bu vəzifə qarşıdurmanın yaranmasına səbəb olmamalıdır"
Region
11 Aprel , 2016 12:53
​Qırğız Respublikasının baş naziri istefa verib

Bakı. 11 aprel. REPORT.AZ/ Qırğız Respublikasının baş naziri Temir Sarıyev istefa verib.

"Report" Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bunu o, hökumətin növbədənkənar iclasında açıqlayıb.

"Məni istefa verirəm. Bunu prezident də bilir. Bu addımım işlərin stabilləşməsinə yardım edəcək. Bu vəzifə qarşıdurmanın yaranmasına səbəb olmamalıdır", - Temir Sarıyev bildirib.

Qeyd edək ki, o, ötən il mayın 2-dən Nazirlər Kabinetinə başçılıq edir.

Məlumata görə, baş nazirin istefasına səbəb kimi avtomobil yollarının yenidən qurulması ilə bağlı elan olunan tenderdə yaranan narazılıqdır. Nəqliyyat və kommunikasiya naziri bu məsələdə baş nazirin ətrafını ittiham edirdi. 

Son xəbərlər

Orphus sistemi