Yuxarı

Qırğız Respublikasının 30-cu hökuməti and içib

Bakı. 25 aprel. REPORT.AZ/ Qırğız Respublikasının yeni baş naziri Məhəmmədkalı Abılqaziyev və hökumət üzvləri aprelin 25-də ölkə parlamenti və prezidenti qarşısında and içərək fəaliyyətə başlayıblar. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qırğız Respublikası parlamentinin mətbuat xidmətindən bildiriblər.

Bununla da ölkənin müstəqillik qazandığı 27 ildə 30-cu hökumət formalaşdırılıb.  

Qeyd edək ki, aprelin 20-də parlament M.Abılqaziyevin baş nazir postuna namizədliyinin təsdiqləyib. 

Qırğız Respublikasının hökuməti 12 nazir və 4 komitə sədrindən ibarətdir. Məhəmmədkalı Abılqaziyev hazırki prezident Soronbay Jeenbekovun başçılıq etdiyi hökumətdə baş nazirin müavinin olub. S.Jeenbbekov 2017-ci ildə keçirilən prezident seçkilərində qalib gəldikdən sonra M.Abılqazıyevi əvvəlcə müşavir sonra isə Qırğız Respubliaksı Prezidenti Adminstrasiyasının rəhbəri təyin edib.

Bundan başqa baş nazir əvvəllərə Məhəmmədkalıy Avulqaziyev adı və soyadının daşıyıb. 2017-ci ildə adı və soyadını dəyişərək, Məhəmmədkalı Abılqaziyev olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi