Qırğız Respublikasında təhlükəsizlik tədbirləri gücləndirilib

Qırğız Respublikasında təhlükəsizlik tədbirləri gücləndirilib Zirvə toplantısının təhlükəsizlik tədbirinə 3 minə yaxın polisi cəlb ediləcək
Region
14 Sentyabr , 2016 12:50
Qırğız Respublikasında təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekdə MDB-nin yubiley sammiti ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" xəbər verir ki, bu haqda TASSa respublikanın Daxili İşlər Nazirliyindən bildirilib.

İnfromasiyaya görə, zirvə toplantısının təhlükəsizlik tədbirinə 3 minə yaxın Qırğız Respublikasının polisi (milis) cəlb ediləcək.

Qedy edək ki, sentyabrın 16-da Bişkekdə MDB-yə üzv-dövlət başçıları Şurasının 25-ci yubiley sammiti keçiriləcək. Bu Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin də iştirak edəcəyi gözlənilir.  

Son xəbərlər

Orphus sistemi