Bakı. 6 oktyabr. REPORT.AZ/ "Qırğız Respublikasının Karakol şəhərində "Hizbut-Təhrir" ekstremist təşkilatının üzvləri saxlanılıblar.
"Report" Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Belə ki, sentyabrın 28-də İssık-Kul vilayətinin Karakol şəhərində Dövlət Milli Təhlükəsizlik Komitəsi ilə Daxili İşlər Nazirliyi əməkdaşlarının keçiridiyi birgə antiterror əməliyyat-axtarış tədbirləri nəticəsində "Hizbut-Təhrir" təşkilatının gzli fəaliyyət göstərən özəyinin üzvləri tutulublar. Onlar vilayət mərkəzindəki əhali arasında "Xilafət" qurmağı və mövcud konstitusiyalı dövlət quruluşunu devirməyi təbliğ edirmiş.
Xəbərdə bildirilib ki, axtarış zamanı saxlanılanlardan qadağan edilmiş ədəbiyyat və "Xilafət" ideyasını təbliğ edən materiallar aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb.