Qırğız Respublikasında deputat həbs edilib

Qırğız Respublikasında deputat həbs edilib Kanatbek İsayevə qarşı 3 maddə üzrə cinayət işi açılıb
Region
2 Oktyabr , 2017 20:36
Qırğız Respublikasında deputat həbs edilib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Qırğız Respublikasının paytaxtı Bişkekin Pervomay rayon məhkəməsi deputat Kanatbek İsayevi hakimiyyət çevrilişinə cəhddə ittiham edərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair sanksiya verib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Kanatbek İsayev prezidentliyə namizəd Omurbek Babanovun seçkidə məğlub olacağı təqdirdə, hakimiyyəti güc tətbiq etməklə ələ keçirməyə hazırlaşırmış. Baş Prokurorluq Kanatbek İsayevin prezidentliyə namizəd Omurbek Babanovun tərəfdarı olduğunu və onun dövlət çevrilişi etməyə hazırlaşdığını bildirib.

Oktyabrın 2-də deputata qarşı “cinayətin törədilməsinə hazırlıq”, “kütləvi iğtişaşlar təşkil etmək” və “hakimiyyətin güc tətbiqi yolu ilə ələ keçirilməsi” maddələri üzrə cinayət işi açılıb.

Keçmiş baş nazir Omurbek Babanov prezidentliyə ən güclü namizədlərdəndir.

Xatırladaq ki, oktyabrın 15-də Qırğız Respublikasında prezident seçkisi keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi