Qırğız Respublikasında baş verən yol qəzasında 10 nəfər ölüb

Qırğız Respublikasında baş verən yol qəzasında 10 nəfər ölüb Ölənlərdən 2-si uşaqdır
Region
6 Noyabr , 2017 10:02
Qırğız Respublikasında baş verən yol qəzasında 10 nəfər ölüb
Shutterstock

Bakı. 6 noyabr. REPORT.AZ/ Qırğız Respublikasının Bişkek-Oş avtomobil yolunun 457-ci km-də baş verən yol qəzasında 10 nəfər ölüb.  

“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.

Ölənlərdən 7-si kişi, 1 qadın, 2-si isə uşaqdır. 

Qəza “Honda Stepwgn” avtomobili ilə maye qaz daşıyan “MAN” maşının toqquşması nəticəsində baş verib.

Son xəbərlər

Orphus sistemi