Qırğız Respublikasının prezidentliyinə namizəd olmaq üçün 59 nəfər sənəd təqdim edib

Qırğız Respublikasının prezidentliyinə namizəd olmaq üçün 59 nəfər sənəd təqdim edib 2017-ci il oktyabrın 15-də ölkədə prezident seçkisi keçiriləcək
Region
1 Avqust , 2017 14:48
Qırğız Respublikasının prezidentliyinə namizəd olmaq üçün 59 nəfər sənəd təqdim edib

Bakı. 1 avqust. REPORT.AZ/ Qırğız Respublikasının prezidentliyinə namizəd olmaq üçün 59 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) sənəd təqdim edib.

“Report” “Kabar”a istinadən xəbər verir ki, bu barədə MSK məlumat yayıb.

Avqustun 1-də prezidentliyə namizəd olmaq üçün sənədlərin təqdimatı başa çatıb. Fərdi olaraq 48 nəfər namizədliyini irəli sürüb. 10 nəfərin namizdəliyi isə siyasi partiyalar tərəfindən irəli sürülüb. İndiki prezident Almazbek Atambayev də prezidentliyə namizəd olacaq.

Prezidentliyə namizəd olmaq istəyənlər 30 min seçicinin imzasını toplamalı, bir milyon som (14 min 463 min manat) pul köçürməli, dövlət dilindən imtahan verməlidirlər.

Qeyd edək ki, 2017-ci il oktyabrın 15-də ölkədə prezident seçkisi keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi